Xediranın ürəyində problem yaranıb
20.02.2019 , 13:51

Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Atletiko”nun qonağı olacaq.
Turin klubunun futbolçusu Sami Xediranın ürəyində problem aşkarlanıb. 31 yaşlı futbolçunun ürək döyüntülərində ritm pozğunluğu aşkar edilib. Almaniya millisinin üzvü bu səbəbdən Madrid aparılmayıb.
Qeyd edək ki, “Atletiko” – “Yuventus” oyunu bu gün Bakı vaxtı ilə 00:00-da başlayacaq
