“Yuventus”un futbolçusu Sami Xedira Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununu buraxacaq.
Korner.az-ın məlumatına görə, buna səbəb onun Çempionlar Liqasının 1/4 finalında “Barselona” ilə cavab matçında sarı vərəqə limitini doldurmasıdır.
Sözügedən görüşdə növbəti xəbərdarlıq alan alman yarımmüdafiəçi cəzalı duruma düşüb.
Qeyd edək ki, “Yuventus” 1/4 finalda “Barselona”nını mübarizədən kənarlaşdıraraq (3:0, 0:0) yarımfinala yüksəlib.