Xayme “Düdelanj”la oyunu buraxacaq
24.09.2019 , 16:41

Azərbaycan Premyer Liqasının 5-ci turunda dünən “Zirə” ilə matçda zədələnən “Qarabağ”ın futbolçusu Xayme Romero bu gün tibbi müayinədən keçib.
Korner.az klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, ispan yarımmüdafiəçinin çiyin bağlarından biri qırılıb və digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Bu isə o deməkdir ki, futbolçu ölkə çempionatında “Sumqayıt” (27 sentyabr) və Avroliqanın qrup mərhələsinin 2-ci turunda “Düdelanj”la (3 oktyabr) görüşləri buraxacaq.
Xayme bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq
