Xavinin “Barselona” ilə müqavilə imzalayacağı tarix bəllidir
02.11.2021 , 11:43

“Barselona” Xavi ilə müqaviləni gələn həftə imzalayacaq.
Korner.az-ın məlumatına görə, hazırkı klubu “Əl-Sədd” ispan çalışdırıcını Qətər çempionatında noyabrın 3-də əsas rəqib “Əl-Duheyl”ə qarşı keçiriləcək oyuna qədər heç yerə buraxmaq istəmir.
Buna görə də Xavi Kataloniya təmsilçisi ilə müqaviləni gələn həftə imzalamağı planlaşdırır. Əgər hər şey plana uyğun getsə, o, “Barselona”da baş məşqçi kimi noyabrın 20-də “Espanyol” ilə qarşılaşmada debüt edə biləcək.
