İtaliyanın "İnter" klubunun aparıcı simalarından biri Xavier Zanetti "Sky Sport"a Bakı səfəri öncəsi açıqlama verib.
Korner.az-ın məlumatına görə, kapitan Avropa Liqasının qrup oyunu çərçivəsində "Neftçi" və bazar günü A seriyasında "Milan"la oynayacaqları derbi haqda danışıb:
"Məlumdur ki, Bakı səfəri yorucu ola bilər. Lakin "Neftçi" ilə oyun da vacibdir. "Neftçi"ni məğlub edib, "Milan"la oyuna yüksək əhval-ruhiyyədə çıxmaq istəyirik. Son oyunlar yaxşı formadayıq və istəyirəm ki, komanda belə də davam etsin".