İspaniya milli komandasının və “Barselona”nın sabiq futbolçusu Xavi Hernandes peşəkar karyerasını bitirəcəyi tarixi açıqlayıb
Hazırda Qətərin “Əl Sədd” klubunun formasını geyinən 37 yaşlı yarımmüdafiəçi cari mövsümün onun üçün sonuncu olacağını bildirib.
O, “Mundo Deportivo”ya bildirib ki, karyerası ərzində ciddi zədələrinin olmamasına görə bəxti gətirib. Lakin artıq məşq və matçlarda çox yorulur: “Bərpa olunmaqda çətinlik çəkirəm. Kareyaram sona yaxınlaşır. Böyük ehtimalla, cari mövsüm mənim üçün sonuncu olacaq. Artıq məşqçi lisenziyası almaq niyyətindəyəm”.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Xavi karyerası ərzində yalnız iki klubun formasını geyinib. İspaniya millisi ilə dünya və Avropa çempionu olan məşhur futbolçu Kataloniya klubunun heyətində mümkün olan bütün mükafatları əldə edib. O, AVRO-2008-in ən yaxşı futbolçusu seçilib.
