İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi əzəli rəqibləri "Real"la (Madrid) aralarındakı 8 xallıq fərqdən danışıb.
Korner.az-ın məlumatına görə, La Liqada Madrid təmsilçisindən 8 xal üstün olan Kataloniya təmsilçisinin futbolçusu bu fərqin onlara əlavə üstünlük verdiyini açıqlayıb:
"Bizim "Real" arasındakı 8 xallıq fərq sizə az gəlməsin. Buna görə biz əlavə üstünlük qazandıq. Liqa bizim üçün üstün görünür. Təziqləri "Real" hiss edir. "El Klassiko" öncəsi bizim üstümüzdə də təzyiq var, ancaq bu dəfə biz qalib gələcəyik. "Real"la bizim aramızdakı 8 xallıq fərq bizi rahatlaşdırır və bu üstünlüyümüzü qorumağa çalışacağıq".