İspaniya və "Barselona"nın aparıcı futbolçusu Xavi Hernandez Avropa çempionatları tarixində yeni rekorda imza atıb. Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi Avropa çempionatında ən çox dəqiq ötürmə verən oyunçu kimi adını tarixinə yazdırıb.
32 yaşlı futbolçu dünən İrlandiya ilə keçirilən görüşdə (4:0) 136 ötürmə edib ki, bununda 127-si dəqiq olub. Daha öncəki rekord isə hollandiyalı Ronald Kumana məxsus idi. Əfsanəvi futbolçu "Avro-1992"də Danimarkaya qarşı oyunda 112 dəqiq pasla yadda qalmışdı.
Qeyd edək ki, Xavi ilə yanaşı, İspaniya millisi də "Avro-2012"nin tarixinə düşüb. Son Avropa çempionları İrlandiya ilə görüşdə 860 ötürmə verməklə bütün rəqiblərini geridə qoyub.