Xavi rəsmən “Barselona”da
06.11.2021 , 11:07

Xavinin “Barselona”ya keçidi rəsmiləşib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. O bu postda Ronald Kumanı əvəzləyib.
Xavi bundan öncə Qətərin “Əl-Sədd” klubunu çalışdırırdı.
