“Barselona”nın yarımmüdafiəçisi Xavi ötən gecə keçirilmiş Kataloniya derbisində La Liqanın cari mövsümünün rekord göstəricisinə imza atıb.
Korner.az-ın məlumatına görə, 34 yaşlı havbek komandasının “Espanyol” üzərində 5:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada 125 dəqiq ötürmə verib.
Bu isə onun ötürmələrinin 95,4 faizinin dəqiq olduğu deməkdir. Cari mövsümdə keçirdiyi oyunlarda ümumilikdə verdiyi ötürmələrin 93.1 faizi dəqiq olan Xavinin bu göstəricidə ən yaxın izləyicisi “Real”ın alman yarımmüdafiəçisi Toni Krosdur. Toni ondan 3 oyun artıq keçirib.
