"Barselona " ya məğlubiyyətdən sonra hakimlikdən narazılıq bildirın Joze Mourinyo haqda "Barsa"nın yarımmüdafiəçisi Xavi öz fikirlərini bildirib. Korner.az- ın məlumatına görə, Xavi artıq buna təəcüblənmədiyini söyləyib.
"Real"la ilk oyunu yüksək səviyyədə keçirdik. Oyun ərzində xeyli qol epizodları yaratdıq. Hesab daha da böyük ola bilərdi. Lakin əsas qələbə qazanmaq idi ki, bunu da bacardıq. Mourinyonun hakimlikdən şikayətlənməsi məni təəccübləndirmir. Çünki artıq buna öyrəşmişik. Məncə, hər şey yaxşı idi".
