Xavi koronavirusdan sağaldı
30.07.2020 , 15:05
Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi koronavirusa qalib gəlib.
Korner.az xəbər verir ki, bu barədə mütəxəssis “İnstaqram” hesabından paylaşım edib. Xavi sağaldığını və ona dəstək olan azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, 40 yaşlı mütəxəssis ayın 25-də virusa yoluxduğunu açıqlamışdı.