“Barselona”nın sabiq kapitanı Xavi Hernandes yeni klubu “Əl-Sədd”i (Qətər) Asiya Çempionlar Liqasının üçüncü mərhələsində uduzmasına səbəb olub.
Korner.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliyinin “Əl-Cəzirə” klubuna qarşı keçirilən matçın əsas və əlavə vaxtı 2:2 hesabı ilə bitib.
Penaltilər seriyasında isə Qətər təmsilçisi 4:5 hesabı ilə yenilib. “Əl-Sədd”in sonuncu penaltisini məhz Xavi vura bilməyib.
