Xavi karyerasını bitirəcək
02.05.2019 , 21:43

Qətərin “Əl-Sədd” klubunda çıxış edən Xavi Hernandez mövsümün sonunda karyerasını başa vuracaq.
“Barselona” klubunun sabiq futbolçusu bununla bağlı rəsmi olaraq açıqlama verib. Xavi bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Xavi 2015-ci ildən “Əl-Sədd” klubunda çıxış edir.
