“Barselona”nın futbolçusu Xavi Hernandes növbəti mövsümü icarə əsasında PSJ-də keçirə bilər.
Korner.az-ın məlumatına görə, İspaniya La Liqasının son turunda “Nou Kamp”da axırıncı dəfə Kataloniya təmsilçisinin forması ilə ölkə çempionatı matçına çıxan 35 yaşlı yarımmüdafiəçi növbəti mövsüm Qətərin “Əl Sədd” klubunda oynayacağını bildirmişdi.
“Le Parisien” qəzetinin məlumatına görə, Paris klubu maliyyə “fair-play” qaydalarına əməl edərək Xavini heyətinə qatmağı planlaşdırır.
Belə olan halda təcrübəli yarımmüdafiəçiyə görə pul ödənilməyəcək və məvacibinin bir hissəsini Qətər klubu ödəyəcək.
