Xavi: “Bu oyun ilə Çempionlar Liqasını qazanmaq olmaz”
18.05.2019 , 12:55

“Barselona” klubunu sabiq futbolçusu Xavi Hernandez katalonların oynadığı futboldan narazı olduğunu ifadə edib.
İspaniyalı futbolçu oynanılan oyunun Çempionlar Liqasını qazanmaq üçün yetərli olmadığını deyib. 39 yaşlı veteran futbolçu “katalonlar”a kiçik məsələhət də verməyi unutmayıb.
“Barselona”nın oynadığı matçlar zamanı topla daha çox oynamalı olduğunu düşünürəm. Topu rəqibə verməklə siz heç vaxtı Çempionlar Liqasını qazana bilməyəcəksiniz. Hazırda mən dediklərimin tam əksini görürəm.
Qeyd edək ki, Xavi Hernandez 17 mövsüm “Barselona” klubunun şərəfini qoruyub. 2015-ci ildə klubdan ayrılaraq Qətərin “Əl-Sədd” klubuna keçən yarımmüdafiəçi artıq karyerasını bitirib.
