"Onlar bizdən daha güclü oynadılar və qalib gəldilər. Onları təbrik etməyimiz lazımdı".
Korner.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın futbolçusu Xavi deyib. Katalonların yarımmüdafiəçisi ÇL-in yarımfinal matçında "Bavariya" biabırçılığını şərh edərkən daha sonra bunları deyib:.
"İlk hissədə bir neçə epizodumuz oldu və biz onları dəyərləndirə bilmədik. Fiziki cəhətdən bizdən çox ütsündülər. Sürətli futbolçulara malikdilər. Onların bizdən üstün olduqlarını vurğulamalıyam. Çox gözəl müdafiə olundular. Futbol belə oyundu. Bir səhv Çempionlar Liqasında baha başa oturur. Bir 90 dəqiqə daha var. Çalışacağıq ki, azarkeşlərimiz önündə qələbə qazanaq".
