“Barselona” sabiq futbolçusu Xaviyə təklif göndərib.
Korner.az-ın məlumatına görə, klub rəhbərliyi hazırda Qətərdə çıxış edən Xavidən əvəzedici komandaya rəhbərlik etməsini istəyib. Ancaq o, bu təklifdən imtina edib.
Xavi bildirib ki, “Əl-Sədd” klubunda özünü komfort şəraitdə hiss edir və indiki məqamda İspaniyaya qayıtmaq planlarına daxil deyil.
