İspaniyanın “Barselona” futbol klubunun yarımmüdafiəçisi Xavi bu mövsümün sonunda komandanı tərk edəcək.
Korner.az-ın məlumatına görə, Xavi Qətər çempionatının öndə gedən klublarından birinin təklifini qəbul edib.
Xavinin transferinin şərtləri hələ məlum deyil. Qeyd edək ki, futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2016-cı ildə başa çatır.
