“Barselona”nın futbolçusu Xavi Hernandez mövsümün sonunda komandadan ayrılacaq.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri “Marca” qəzeti yayıb.
Təcrübəli futbolçunun Amerikaya üz tutacağı gözlənilir. İspaniya milli komandasının üzvünün ABŞ-ın “Nyu-York Siti” klubu ilə anlaşdığı bildirilir. Xavi ötən yayda komandadan ayrılmaq istəsə də, baş məşqçi Luis Enrike onun getməsinə icazə verməmişdi.
Qeyd edək ki, “Nyu-York Siti”də hazırda Xavinin sabiq komanda yoldaşı David Vilya çıxış edir.
