Almaniya Bundesliqasında mübarizə aparan “Bavariya”nın futbolçusu Xabi Alonso karyerasını sonlandırmaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, klubdan rəsmi açıqlama gəlməsə də, təcrübəli futbolçu “Tvitter” hesabından “Yaşadım. Sevdim. Gözəl oyuna əlvida” yazıb.
İspan futbolçunun mövsümün sonunda karyerasını sonlandıracağı bildirilir.
Karyerası ərzində “Real” (Sosyedad), “Liverpul”, “Real” (Madrid) kimi klublarda oynayıb və 15 yüksək səviyyəli kubok qazanıb.
