big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Xatirələrlə çoxmu yaşamağa məhkumuq? – YAZI

30.07.2016 , 10:23

1984-cü ilin sentyabrından 1985-ci ilin fevralına qədər Azərbaycan idmanının ürəyi şahmatla döyünürdü söyləsək, qəti yanılmarıq. Başqa cür, yəqin ki, ola da bilməzdi: dünya şahmat tacı uğrunda həlledici görüşdə sonuncu çempion Anatoli Karpova qarşı Bakı şahmat məktəbinin yetirməsi Harri Kasparov mübarizə aparırdı. Əlbəttə, bu tipli soyadlara oxucunun duyduğu ikrah və nifrət anlaşılandır. Amma nəzərə alaq ki, diqqət yetirdiyimiz hadisələr cərəyan edərkən hələ SSRİ imperiyası mövcud idi və hamı da “xalqların vahid ailəsi” tezisinə tam qəlbi ilə beyət etmişdi. Odur ki, bütün Azərbaycan əhli gənc Harriyə qələbə arzulayır, Moskvada cərəyan edən mübarizədən xoş xəbərlər gözləyirdi. FİDE-nin o zaman mövcud olan reqlamentinə əasəsən, dünya çempionu titulunu qazanmaq üçün 6 partiyada qalib gəlmək lazım idi. Amma daş qayaya rast gəlmişdi. 48 dueldən sonra, hesab 5:3 Karpovun xeyrinə ikən  FİDE prezidenti Florentino Kampomanes mübarizəni saxladı, bəyan etdi ki, artıq iştirakçılar həm fiziki, həm də mənəvi cəhətdən son dərəcə yorulublar. İdmançıların, xüsusən də Kasparovun etirazlarına rəğmən, qərar dəyişmədi. Beləliklə də, az qala yarım il davam edən mübarizə qalibi müəyyənləşdirmədi. Kasparov daha sonra, 1985-ci ilin sonlarında Karpovu, nəhayət, üstələdi və 13-cü dünya çempionu titulunu əldə etdi. Amma o şahmat ab-havası ilə zəngin 6 ay xüsusi diqqətə layiqdir, sözsüz.

Анатолий Карпов и Гарри Каспаров
Artıq 30 ildən artıq bir zaman kəsiyini geridə buraxıb həmən illərə, Respublikadakı həmən ajiotaja nostalji bir nəzər salırıq. Kasparov kim olur olsun, hara gedir getsin, nə deyir desin, Azərbaycan şahmat məktəbinin şinelindən çıxan birisidir. Necə deyərlər, Bakı onu əbədi “damğalayıb”. Əlbəttə, bu sözləri demək, bu ifadələrə yer vermək təsəlli təsiri bağışlayır. Sözsüz ki, şahmatımızın daha parlaq simaları, daha möhtəşəm qələbələri olsaydı, bu gün biz keçmişə boylanıb belə dərindən “ah”çəkməzdik. O illəri xatırlayanlar, bəlkə də, indi ölkədə şahmata marağın daha aşağı səviyyədə olması ilə izah edəcəklər mövcud durumu, qələbələrin olmamasını. Amma məsələ burasındadır ki, azarkeş də məhz idman sahəsində əldə edilən yüksək nəticələrə reaksiya verir. Elə Azərbaycanda ən populyar idman növü olan futbolu xatırlamaq yetərlidir. Neft dollarlarının futbolumuza “bərə açması” kifayət etdi ki, klublara xarici ölkələrdən super olmasa da, hər halda Azərbaycan miqyası üçün kifayət qədər güclü futbolçular gətirildi, oyunlar, daxili çempionat və kubok görüşləri daha maraqlı keçməyə başladı. Azarkeş də reaksiya verdi, trubunalara gəlməyə başladı. Niyə şahmatda nəticə yoxdur? Niyə Kasparovdan sonra 30 ildir ki, dünya çempionuna “əlcək atan” həmyerlimizi görmürük? Niyə bir zamanlar perspektivli sayılan və Harrini kölgədə qoyacağı gözlənilən Teymur Rəcəbov ümidləri doğrultmadı? Suallar çoxdur, cavablar isə onlardan da çox. Amma fakt faktlığında qalır. “Azərbaycan şahmatı” dedikdə bu gün dünyada əsasən Kasparov xatırlanır. Lakin  ümid edirik. Ümid edirik ki, sentyabrda Bakıda start götürəcək Şahmat Olimpiadasında nəhayət ki, hansısa şahmatçımız dünyanı yaxşı mənada təəccübləndirəcək. Kim bilir, bəlkə də Dünya şahmat taxtına doğru aparan yolda ilk addımı o pünhan həmyerlimiz elə Bakıda atacaq? Niyə də yox?

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Son yazılar

To Top