“Qarabağ” futbol klubuna yeni mahnı həsr edilib.
Korner.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, himni müğənni Xatirə İslam səsləndirib.
Onun sözlərinə görə, himn ilk dəfə dekabrın 11-də keçiriləcək “Qarabağ” – “İnter” oyununda təqdim ediləcək:
“Futbolçularımıza sürpriz etdim. Onları ruhlandırmaq üçün bu mahnını hazırladım. Mən də qarabağlıyam. Ona görə də, himni sevərək, böyük həvəslə oxumuşam”.
Qeyd edək ki, mahnının sözləri Raufa, musiqisi Rabilə məxsusdur.
