"Belə obyektivsinizsə, Flavinyonun qovulduğu epizodu axıradək verəydiz. O epizodun davamında Bertuççi rəqibə sillə vurur, ancaq sizin sayta yerləşdirdiyiniz görüntülərdə o məqam yoxdu, montaj olunub".
Korner.az-ın məlumatına görə, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Space" telekanalının efirində "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadəyə deyib.
HK sədri bildirib ki, "Neftçi" məğlubiyyətinin səbəbini hakimlikdə axtarmamalıdı: "Həmin gün "Neftçi" futbol oynamadı. Məğlubiyyəti başqa səmtə yönəltməyin. Bəli, hakimin səhvləri var idi. Amma 8 rakursdan çəkilmiş görüntüləri təqdim etsək, gərək "Neftçi"nin futbolçularının yarısı qovulaydı".
