"Hakimlərin komanda işi bərbad idi"
Korner.az-ın məlumatına görə, bu sözləri AFFA Hakimler Komitesinin sədri Xaqani Məmmədov "Qarabağ"ın bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Epizodda 3 hakim iştirak etsə də, qərar verməkdə çətinlik çəkdiler. Hətta o epizodda top Leroya dəysəydi belə, ofsayd qeydə alına bilməzdi. Çünki o, qapıçının baxış bucağını bağlamırdı. Hakimin oyunun sonuna artırılmış dəqiqələri tam oynatmaması matçın yenidən keçirilməsi üçün əsas götürülə bilər. Ancaq bunu təsdiqləyəcək faktlarımız olmalıdı. Oyunun UEFA hakim inspektoru da qolun haqsız yerə qeydə alınmadığını dedi.
