"Böyük oyun"un hakimliyi yüksək səviyyədə oldu. Fariz Yusifovun qərarları düzgün idi. Penalti epizodunda "Xəzər Lənkəran"ın qapıçısı aşkar kobud oynadı. Bir tərəf qol vurub dayanıb ki, rəqib onlara cavab qolunu vursun. Hər iki tərəf sonradan hakimlikdən razı qaldılarını bildirib".
Bu sözləri Korner.az-a açıqlamasında Hakimlət komitəsinin sədri Xaqani Məmmədov deyib.
HK sədri Flavinyonun Adrian Pitə arxadan bilərəkdən ayaqla zərbə endirməsini əvvəlcə şərh etməyə çalışdı və daha sonra bunu hakimin öhdəsinə buraxdı:
"Həmin epizodda Flavinyo top uğrunda mübarizə apararkən qaydanı pozdu.
Bu epizodu buraxıram hakimin ixtiyarına. Qərarı Fariz Yusifov verib və mən bunu şərh etmirəm".
