Hakimlər "Qəbələ"li futbolçuları təlimatlandırdı.
Millinin DÇ-2014-ün seçmə mərhələsindəki oyunu ilə bağlı Qəbələdə təlim-məşq toplantısında olan Premyer Liqa hakimləri bu gün eyni adlı komanda ilə görüşüb.
Korner.az-ın əldə etdiyi məlumata görə, Hakimlər komitəsinin sədri Xaqani Məmmədov, hakimlər Elçin Məmmədov və Əliyar Ağayevin birgə iştirakı ilə baş tutan iclasda "Qəbələ"nin futbolçuları oyun qaydaları ilə yaxından tanış olub.
Hakimlər futbolçuları oyun qaydaları ilə yaxından təlimatlandırıblar.
