“Xankəndi”dən daha bir transfer
03.02.2026 , 12:45
“Xankəndi” heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi son klubu “Bakı Sportinq” olan Əli Mürsəlovu transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.
Ə.Mürsəlov karyerası ərzində “Turan Tovuz”, “Neftçi”, “Zirə” və “Şamaxı”da da çıxış edib.