Xankəndi stadionunda bərpa işləri aparılır – FOTO
06.11.2023 , 11:40

Hazırda Xankəndi şəhəri stadionunda bərpa işləri aparılır.
Korner.az xəbər verir ki, bununla bağlı Xankəndi şəhərinin X sosial şəbəkəsindəki (keçmiş Tvitter) rəsmi səhifəsində məlumat verilib.
“Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilib. Hazırda stadionda bərpa işləri aparılır” – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, artıq separatçıların qondarma “bayrağının” rəngində olan oturacaqlar stadionun tribunalarından sökülüb. Stadionun tribunalarında oturacaqlar yeniləri ilə əvəzlənəcək.
