“Xankəndi” Şamaxıda oynayacaq
25.09.2024 , 10:30

Yeni mövsümdən Region Liqasında mübarizə aparacaq “Xankəndi” komandasının ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Qarabağ təmsilçisi rəqibləri Şamaxıda qəbul edəcək.
AFFA-ya müraciət edən “Xankəndi” rəhbərliyi müsbət cavab alıb. Onlar yeni mövsümdən Şamaxı Olimpiya kompleksində ev oyunlarını keçirəcəklər.
