big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Xan Lənkəran”ın prezidenti bəyanat yaydı: “Azarkeş Klubu buraxılıb!”

08.08.2013 , 01:53

"Xan Lənkəran" Futbol Azarkeşləri Klubunun prezidenti Hafiz Mirzə bəyanat yayıb.

Korner.az-ın məlumatına görə, Klubun buraxılmasına dair qərarın alındığı bəyanatda deyilir: 

 

"Klubun 3 təsisçisindən 2-nin və Klub Prezidentinin bəyanatı!

LƏNKƏRAN ŞƏHƏR MƏDƏNİYYƏT MƏRKƏZİNİN DİREKTORU,“XAN LƏNKƏRAN” FUTBOL AZARKEŞLƏRİ KLUBUNUN TƏSİSÇİSİ VƏ PREZİDENTİ
HAFİZ MİRZƏNİN BƏYANATI

Əziz dostlar, hörmətli futbol azarkeşləri!
Bir neçə il əvvəl biz – bir qrup lənkəranlı Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində toplaşaraq, bu Mərkəzin nəzdində “Xan Lənkəran” adlı Futbol Azarkeşləri Klubunu təsis etdik. Məqsəd Lənkəranın ziyalılarını, dövlət qulluqçularını, hətta din xadimlərini də futbol çətiri altında birləşdirmək, yerli “Xə¬zər Lənkəran” futbol klubuna savadlı, düşüncəli, sivil əsas¬larla dəstək vermək, azar¬keş hərəkatına ziyalı münasibətini qatmaq və ümumilikdə ədalətli və müstəqil mövqe sərgiləməklə Azərbaycan futbolunun inkişafına yardımçı olmaq idi. Klub Mədəniyyət Mərkəzinin nəzdində ziyalıların iştirakı ilə və bir maraq klubu kimi yaradıldı. Lakin klubun yaradılmasını elan etdiyimiz ilk gündən etibarən təəssüf ki, bir sıra fan-klublar xeyir-dua vermək, dostluq əlini uzatmaq əvəzinə bizə qarşı haqsız mübarizəyə qalxdılar. “Xəzər Lənkəran” FK-nun maliyyələşdirildiyi ehtimal edilən bəzi azarkeş qrupları isə heç bir səbəb olmadan “Xan Lənkəran” FA Klubuna qarşı gülünc müharibəyə başladı. Bu qrupların üzvləri müxtəlif yerlərdə, xüsusən də onlara məxsus sayt və sosial qruplarda Klubumuzun üzvləri barəsində hər cür nalayiq ifadələr işlətdilər, bizi müxtəlif ali strukturlara işləməkdən tutmuş, kimlərinsə xidmətində olmağa qədər hər cür şər və böhtanla yamanladılar. Bu isə özünə hörmət qoyan üzvlərimizə çox pis təsir etdi və onları klubun işində fəal iştirak etməkdən çəkindirdi. Ya bu səbatsız qərəzkarlara lüzumsuz yerə cavablar verməli və məqsəddən yayınmalı, ya da heç bir əhəmiyyət vermədən, təhqirləri qulaq ardına vuraraq yola davam edilməli idi. Lakin onların xan lənkəranlı zadəganlığı, əyilməz əqidəsi və saf amalı daha üstün gəldi və bir çox elm adamlarımız, yaşlı insanlar, müəssisə rəhbərləri bu cür münasibətdən incidilər, küsdülər, klubun fəaliyyətindən tədricən kənarda qalmağa məcbur oldular. Sıralarımıza bəzi ləyaqətsiz və üzdəniraq adamların soxulması da ümumi işimizə mənfi təsir göstərdi. Nəhayət vəziyyət o həddə çatdı ki, “Xan Lənkəran” Futbol Azarkeşləri Klubu özünün prezidenti və onun təsdiq etdiyi icraçı direktordan ibarət olaraq cəmi iki nəfərlikdə qaldı. İcraçı direktor Elşən İmaməliyev də ötən dövr ərzində öz işini yalnız klubun “Facebook” səhifəsində aktiv fəaliyyətlə məhdudlaşdırdı, yeni qüvvələr cəlb etməklə üzvlərin sıralarını genişləndirə və klubu müxtəlif görüş və tədbirlərdə uğurla təmsil edə, aksiyalar keçirdə, gənclərdən ibarət çevik dəstələr yarada bilmədi. Bir çox hallarda o, rəhbərliyin xəbəri olmadan müxtəlif hadisələrə sosial şəbəkədə klub adından özbaşına münasibətlər bildirdi, hüquqi əsası olmayan müraciətlər yazdı, bəyanatlar verdi və nəticədə ictimai rəyi həm “Xan Lənkəran” Futbol Azarkeşləri Klubu rəhbərliyinin müdrikliyinin və ziyalılığının, həm də “Xəzər Lənkəran” futbol klubunun aparmaq istədiyi islahatlarının əleyhinə formalaşdırmağa xidmət etmiş oldu. Bütün bunlar çox radikal formada, qərəzkarlıqla, ədavətlə, məqsədyönlü olaraq edildi. Son həftələr isə Mədəniyyət Mərkəzində vəzifəsindən kənarlaşdırıldığı üçün icraçı direktorun fəaliyyətinə operativ nəzarət edilməsi daha da çətinləşdi. Mən Mədəniyyət Mərkəzinin artan ictimai nüfuzunu, Mədəniyyət Mərkəzi Klub Şurasının bu barədə təklifini, klubun 3-cü təsisçisi və İdarə heyətinin sədri olan M.Kazımovun da məsləhətini nəzərə alaraq, eləcə də İdarə Heyətinin bir sıra üzvləri ilə məsləhətləşmələr apararaq, Mədəniyyət Mərkəzi barədə əsasnamənin mənə verdiyi səlahiyyətlərdən istifadə edərək qərara alıram:

1) 07 avqust 2013-cü il tarixdən etibarən “Xan Lənkəran” Futbol Azarkeşləri Klubunun fəaliyyəti dayandırılsın;
2) Bu tarixdən etibarən kimsənin bu klubun adından danışmağa, sənəd imzalamağa, müraciət və ya bəyanat verməyə səlahiyyəti yoxdur;
3) Klubun bütün əmlakı Mədəniyyət Mərkəzinə məxsus olduğu üçün toxunulmaz qalsın;
4) “Xan Lənkəran” Futbol Azarkeşləri Klubunun adı və loqosu birgə düşüncənin məhsulu olduğu üçün Klub yenidən formalaşana qədər kənar heç kimsə tərəfindən istifadə edilməsin;
5) Bu barədə bütün idman saytları və qəzetlərinə məlumat verilsin.

Əziz dostlar, sonda fürsətdən istifadə edib, Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, “Xəzər Lənkəran” Futbol klubuna və bütövlükdə Azərbaycan futboluna uğurlar arzulayır, hər bir futbolçuya və hər bir azarkeşə futbol sevincləri diləyirik!
Biz yenidən və daha mükəmməl təşkilatlanaraq, əsil xan lənkəranlıları cəlb edərək qayıdacaq, Lənkəranda futbolun inkişafına, bütövlükdə Azərbaycan futboluna xidmət etməyə çalışacağıq!
Bizi tanıyan, bizi başa düşən və bizi alqışlayanlar bizi gözləsinlər! Biz qayıdacağıq!

Q.VƏLİYEV ADINA LƏNKƏRAN ŞƏHƏR MƏDƏNİYYƏT MƏRKƏZİNİN DİREKTORU, “XAN LƏNKƏRAN” FUTBOL AZARKEŞLƏRİ KLUBUNUN TƏSİSÇİSİ VƏ PREZİDENTİ:
Hafiz Mirzə
07 avqust 2013-cü il, Lənkəran şəhəri"

Son yazılar

To Top