big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Xan Lənkəran”ın bəyanatı

14.02.2013 , 07:42

(Bəyanatı olduğu kimi sizə təqdim edirik)

Hörmətli klub üzvləri, futbol həvəskarları, media nümayəndələri!

Ölkə çempionatında fasilənin bitməsi və futbol bayramının davam etməsi münasibətilə hamını təbrik edir, stadionlarımızda ədalətli, coşqun və maraqlı oyunlar izləyəcəyimizə, fan-klublar arasında da sivil münasibətlər qurulacağına ümid etdiyimizi bildiririk. Lakin təəssüf hissi ilə onu da bildirməliyik ki, çempionat başlayan kimi “Xan Lənkəran”a qarşı internet məkanda qərəzli və təhqiramiz hücumlara da yenidən başlanılmışdır. Lakin bu dəfə rəqiblər bütün hədləri aşaraq özlərinin daha iyrənc cəhətlərini ortaya qoymuşlar. Hamıya məlumdur ki, "Xan Lənkəran" futbol azarkeşləri klubu yarandığı gündən etibarən hər zaman ölkəmizdə futbolun inkişafına çalışmış, bu zaman AFFA rəhbərliyindən və hakimlərdən tutmuş, yerli “Xəzər Lənkəran” klubu rəhbərliyinə kimi bütün futbol təsərrüfatına obyektiv qiymət verməyə calışmışdır. Təəssüflər olsun ki, “Xəzər Lənkəran” futbol klubunun rəhbərliyi yarandığımız gündən etibarən bizə qarşı qərəzli mövqedə olmuş, özünə bağlı olan yazarları və qondarma internet səhifələrini bizimlə ədavətə təhrik etmiş, məsələlərin daha da gərginləşməsinə səbəb olan digər səhv addımlar atmışdır. Klubumuzun üzvləri "Xəzər Lənkəran" klubunda baş verən hadisələrin daim mərkəzindən faktlar üzə çıxararaq klub rəhbərliyinin çevirdiyi dumanlı oyunları, onların qeyri peşakar fəaliyyətini tənqid etmiş, azarkeşlərə həqiqətləri çatdırmağa çalışmışdır. Heç demə “Xəzər Lənkəran”klubunun rəhbərlərinə ağıllı azarkeşlərdənsə sadə, savadsız kütlə daha çox sərf edirmiş. Çünki bu cür kütləni istədiyi kimi idarə etmək çox asandır.

Görünür biz buna qarşı çıxdığımıza gorə “Xəzər Lənkəran” rəhbərliyi onların himayəsi altında olan fanklub üzvlərini bizim azarkeş klubuna qarşı qara piar aparmağa təhrik etmişlər. Lənkəranda hansı fan-klubu əslində “Xəzər Lənkəran” klubunun yaratdığı, rəhbərliyinin və hansı yazarların onlara işlədiyi yaxşı məlumdur. Bizim rəy və mülahizələrimiz özünü doğrultduqca bizə qarşı olan qüvvələr daha da quduzlaşır. Son zamanlar azarkeşlərin də bir çoxu Lənkəranda futbol pərdəsi arxasında çirkin oyunların getdiyini yaxşı anlayır. Stadionda yarıtmaz oyunlara görə səsləndirilən “İstefa!” çağrışları da daha bizim yox, sadə azarkeşlərin tələbidir. Biz klubumuzun üzvlərinə hətta bir yerdə oturmamalarını, pan-kart qaldırmamalarını tövsiyyə edirik ki, baş verən provokasiyaların günahı onların üzərinə yıxılmasın. Baş vermiş bir çox hadisələr məhz belə düşünməyimizə səbəb olmuşdur. Yerli futbolçulara və milli mütəxəssislərə üstünlük verilməsini tələb etməyimizlə heç cür barışmayan adamcığazlar özlərinin milli mənsubiyyətini şübhə altına salmış olursa, bunun təqsiri bizdə deyil. Bir vaxtlar bizim üzvlərimizi stadionda döydürən, barəmizdə şər-böhtan yazdıran, bizi az qala “CRU” ya işləməkdə də qınayan rəhbərlik XIX turun uğursuz oyunundan sonra azarkeşlərin diqqətini yayındırmaq üçün bizə qarşı yeni kompaniyaya başlamışdır. Beləki, ayrı-ayrı fanklubların içərisinə sızdırılmış savadsız azarkeşlərin vasitəsi ilə azarkeş klubumuzun üzvlərinin adından sosial şəbəkələrdə saxta profillər yaratdırıb, sözdə guya ki, üzvlərimizi və rəhbərlərimizi nalayiq ifadələrlə biabır etməyə və beləliklə də çəkindirməyə çalışırlar. Bu zavallılar unudurlar ki, güclü təsir daha güclü əks-təsirə səbəb ola bilər. Gülünc olan həm də odur ki, bu cür alçaq, rəzil işləri öz siyasi əqidəsini pula satmış yelbeyinlərə, qardaşı xalqın təqaüd pulunu mənimsəmiş, atası isə evdə acından ölmüş düdüklərə, ağalarının atdığı tula payını yeməklə tulaya oxşayan yazarlara, siyasi və dini orientiri qeyri-müəyyən olan, cəmiyyətdə murdar cəhətlərilə tanınan adamcığazlara gördürürlər. Onları isə dəqiq tanıtdırmağa bizim qələmimiz də xəcalət cəkərdi.

Öz şəxsiyyətinə və ailə üzvlərinə hörmət edən şəxs heç vaxt başqasını bu qədər cılız ifadələrlə, biabırcı küçə söyüşlərilə təhqir etməz və ya onun adından saxta profil yaradılmasına razı olmaz. Qeyrətli insan yaxşı anlamalıdır ki, internetdə özünün qeyri- etik sözlərilə “bəzədilmiş” saxta profilini görən hər bir şəxs yaşından asılı olmayaraq, hirslənəcək, birinci növbədə o profili yaradanın ailəsindən, qeyrə­tindən, onun dalında duranından, onu təhrik edənlərdən, hətta onun yaratdığı profilə baxıb ləzzət alanlar­dan tutmuş bu profili kimin yaratdığını bilib gizli saxlayana qədər hamını söyəcəkdir. Qafqazlı, azərbaycanlı, müsəlman və lənkəranlı olan heç kəs bu cür təhqirlərə laqeyid qala, əhəmiyyət verməyə bilməz. Deməli, onlar da məhz bunu, yəni özlərinin də söyülməsini istəyirlər. “Xəzər Lənkəran”a dəstək verən bütün fanklublar əslində bizim qardaşlarımızdır. Biz bir ailəyik və hatta ailənin də içində müəyyən anlaşılmazlıqlar, narazılıqlar, mübahisələr baş verə bilər. Lakin qardaş, qardaşa qurşaqdan aşağı zərbə vurmaz! Bilsinlər ki, bu, əsil biqeyrətlikdir. Rəqabəti və hətta düşmənçiliyi də kişi kimi aparmaq lazımdır. Bizim üzvlərimiz də onlara eyni cür cavab verərsə, eyni əməli törədərsə, bu onlara xoş gələrmi? Xüsusən də, bizim üzvlərimiz kompüter texnologiyasını daha mükəmməl bilirlər. Bu halda nə yaranacağını təsəvvür edirlərmi? Deməli, bizim başımız bir-birimizi qırmağa qarışacaq, “Xəzər Lənkəran”ın bivec rəhbərliyi isə bu zaman rahatca öz bildiyi fırıldaqları həyata keçirdəcək. Biz belə ucuz oyunlara getməyəcəyik. Problemin qanunlara müvafiq qaydada həll olunması yolları bizə yaxşı məlumdur.
“Xan Lənkəran” Futbol Azarkeşləri Klubu olaraq bəyan edirik!
Azarkeş klubumuzun hər hansı bir üzvünün istənilən bir başqa qrupda, internet səhifəsində təhqir olunduğunu gördüyümüz halda, yaradılmış saxta profillərin hansı qrupda daha aktiv olduğunu müəyyənləşdirib, həmin qrupun rəhbərliyi barəsində Kiber Cinayətkarlığa Qarşı Mubarizə İdarəsinə rəsmi müraciət təqdim edəcəyik. Şübhəli oyun nəticələrinə görə isə biz hüquq-mühafizə orqanlarına və UEFA-ya müraciətlər edəcəyik. Hamını əmin edirik ki, qalib gələn tərəf yenə də biz olacağıq. Çünki bizim mübarizəmiz Azərbaycan futbolunun inkişafı naminə, yalnız qanunlar çərçivəsində və etik normalar daxilində aparılır.

MÜRACİƏT “XAN LƏNKƏRAN” FUTBOL AZARKEŞLƏRİ KLUBU İDARƏ HEYƏTİNİN 13 FEVRAL 2013-CU İL TARİXLİ İCLASINDA QƏBUL OLUNMUŞDUR.

Son yazılar

To Top