Korner.az "Xan Lənkəran" fan klubunun final matçındakı qalmaqalla bağlı yaydığı bəyanatı olduğu kimi sizə təqdim edir.
“XAN LƏNKƏRAN” STAMENKOVİÇİN VƏ GÜLOĞLAN CABBAROVUN
CİDDİ CƏZALANDIRILMASINI TƏLƏB EDİR!
Hörmətli futbol azarkeşləri, xanımlar və cənablar! "Xan Lənkəran" Futbol Azarkeşləri Klubu olaraq hər zaman futbolumuzda baş verən hadisələrə obyektiv yanaşdığımız hər kəsə məlumdur. Hamıya bəllidir ki, azarkeş klubumuz hər zaman sülhün tərəfdarı olmuş və radikal azarkeşlikdənsə savadlı azarkeşliyi üstün tutmuşdur. Məhz bunun bariz nəticəsidir ki, "Xan Lənkəran" bütün rəqib komandaların azarkeşləri içində xüsusi hörməta sahibdir. Lakin rusların bir məsəli var, "Служба-служба,дружба-дружба!". Belə ki, 28.05.2013 tarixdə Futbol üzrə Azərbaycan Kubokunun final görüşündə baş verən ədalətsizliklərə "Xan Lənkəran" göz yummaq niyyətində deyil.
Əvvəlcədən onu qeyd etməliyik ki, "Neftçi"-"Xəzər Lənkəran" oyununda ev sahibinin qapıçısı Saşa Stamenkoviçin tərbiyyəsiz hərəkətlərinə göz yummaqdan savayı ciddi bir hakim səhfi olmadığını düşünür və rəqibi qələbə münasibətilə təbrik edirik. Lakin oyundan sonra baş verən kütləvi dava zamanı futbolçumuz, əslən lənkəranlı, xüsusən azərbaycanlı olan Kamran Abdullazadənin "Neftçi" futbol klubunun idman direktoru Güloğlan Cabbarov və digər mühafizəçilər tərəfindən vəhşicəsinə döyülməsi "Xan Lənkəran"ın ziyalı azarkeşlərini ciddi şəkildə narahat eşmişdir. Ümid edirik ki, ölkənin ali idman qurumları bütün bu gərginliyə səbəb olmuş Saşa Stamenkoviç və ümumilikdə futbolçumuza qarşı zorakılıq edənlər üçün ciddi tədbirlər görəcək.
"Xan Lənkəran"ın bu gün keçirilən növbədənkənar iclasında verilən qərar isə bəlkə də bir çoxlarını təəccübləndirəcək. Hər zaman zorakılığa qarşı olmağımıza baxmayaraq bu dəfə zorakılığa-zorakılıqla cavab vermək niyyətindəyik. Belə ki, iclasda verilən qərarı olduğu kimi sizə təqdim edirik.
28.05.2013 tarixdə Futbol üzrə Azərbaycan Kubokunun final görüşündə baş verən dava zamanı "Neftçi" futbol klubunun idman direktoru Güloğlan Cabbarov və digər mühafizəçilər tərəfindən vəhşicəsinə döyülmüş “Xəzər Lənkəran” futbol klubunun futbolçusu Kamran Abdullazadənin hüquqları ölkənin ali futbol qurumu AFFA tərəfindən qorunmalı “Neftçi” futbol klubu küllü miqdarda cərimə olunmalıdır. Şəxsən Güloğlan Cabbarov və davada iştirak etmiş “Neftçi” Futbol klubunun digər mühafizəçiləri üçün hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılmalı, cinayətkarlar öz cəzalarına çatdırılmalıdırlar. “Xəzər Lənkəran” Futbol Klubu da öz növbəsində Kamran Abdullazadənin hüquqlarının qorunması üçün əlindən gələni etməli və onu döyənləri hüquq mühafizə orqanlarına şikayət etməlidirlər. Əks təqdirdə Lənkəranda bütün bu məsuliyyəti öz üzərinə götürüb cinayətkarları şəxsən cəzalandırmağa cəhd göstərəcək adamların ola biləcəyini xatırladaraq öz narahatçılığımızı ifadə edirik.
“Xan Lənkəran” olaraq biz də Kamran Abdullazadəyə edilən haqsızlığın yerdə qalmaması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Buna görə də azarkeşlərdən xahiş edirk ki, baş vermiş qanlı hadisənin video və foto görüntülərini bizə təqdim etsinlər. Bu barədə tədbirlər görülmədiyi halda biz daha yüksək qurumlara müraciyət edəcəyimizi bəyan edirik.
Əmin ola bilərsiniz ki, bizim müraciətimiz digər müraciətlərdən fərqli olacaq!
Hörmətlə : “Xan Lənkəran” Futbol Azarkeşləri Klubunun idarə heyəti.