“Xan Lənkəran” I Diviziona buraxılmadı
24.07.2018 , 13:28

Lənkəranda yeni yaradılmış “Xan Lənkəran” futbol klubu I Divizionda çıxış etməyəcək.
Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. O, açıqlamasında ötən mövsüm I Divizionda çıxış edəcək komandaların yarışda qalacaqlarını deyib. Məmmədov yeni yaranan klubların isə 2-3 il Region Liqasında oynamaları olduğunu vurğulayıb.
Qeyd edək ki, yeni yaradılan “Xan Lənkəran” I Divizionda oynamaq üçün müraciət etmişdi.
