Xames Rodriqesin yeni klubu rəsmiləşdi
06.02.2026 , 22:30
“Real”ın sabiq yarımmüdafiəçisi Xames Rodriqes karyerasını ABŞ-də davam etdirəcək.
Korner.az xəbər verir ki, 34 yaşlı kolumbiyalı futbolçu MLS təmsilçisi “Minnesota Yunayted”lə 2026-cı ilin iyun ayınadək müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilədə 2026-cı ilin sonunadək uzadılma bəndi də yer alır.
Qeyd edək ki, Xamesin son klubu Meksikanın “Leon” komandası olub.