Xames Rodriqes rəsmən “Everton”da
08.09.2020 , 16:31

“Everton” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Liverpul təmsilçisi “Real”ın yarımmüdafiəçisi Xames Rodriqesi transfer edib.
Kolumbiyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
“Qeyd edək ki, “Real” Rodriqesi 2014-cü ildə “Monako”dan 75 milyon avroya transfer etmişdi.
