İspaniya
“La Liqa” komandalarından olan “Real” Madrid klubunun şərəfini qoruyan Xames
Rodrigezin meneceri Corc Mendes futbolçunun transferi bağlı açıqlama verib.
Korner.az-ın
məlumatına görə, Corc Mendes öz açıqlamasında bildirib: “Xames Yanvar ayında “Real”
Madriddən getməyəcək”.
Qeyd
edək ki, kolumbiyalı futbolçu Zinəddin Zidanın baş məşqçiliyi dövründə
oyunlarda 859 dəqiqə iştirak edib. Beləliklə, futbolçu 24 nəfərlik heyətdə
oyunlarda ən az müddət iştirak edən 5-ci futbolçudur.
