Xames Rodrigez “Leon”dan ayrılmaq istəyir
12.11.2025 , 13:00
“Real”ın sabiq futbolçusu, hazırda “Leon” klubunda çıxış edən Xames Rodrigez Meksika təmsilçisindən ayrılmağa qərar verib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilin sonuna qədər klubla müqaviləsini uzatmaq niyyətində deyil.
Rodriqes azad agent kimi daha çox oyun praktikasına sahib olacağı yeni bir komanda axtarır. O, Kolumbiya millisinin DÇ-2026 üçün heyətinə düşmək şansını qorumaq istəyir.