Xames Rodriges “Beşiktaş”a keçir?
09.05.2023 , 10:00

Yeni mövsüm üçün heyətini gücləndirmək istəyən “Beşiktaş” hərəkətə keçib.
Korner.az xəbər verir ki, “qartallar” ötən ay “Olimpiakos”la müqaviləsi başa çatan və hazırda klubsuz olan Xames Rodrigesi heyətinə qatmaqda istəklidir.
Tərəflərin görüşdüyü, futbolçudan müsbət cavab almadığı bildirilir.
Braziliyanın “Botafoqo” klubu da Xames Rodrigesi istəyir. Futbolçunun təklifləri dəyərləndirərək qısa müddət ərzində qərarını verəcəyi gözlənilir.
