Xames karyerasının ən pis anlarından danışdı
27.02.2019 , 17:57

“Bayern Münhen” klubunun kolumbiyalı futbolçusu karyerası ilə bağlı önəmli açıqlamalar verib.
27 yaşlı futbolçu Braziliyada keçirilən Dünya Çempionatının onun üçün kədərli keçdiyini dilə gətirib.
“2014-cü ilin Dünya Çempionatında biz Braziliyaya məğlub olduq. Mən orada olanlara görə dayana bilməyib, ağladım. Çünki, hakimin yerli azarkeşlərin təzyiqinə məruz qaldığını da hiss etdim. Həmçinin Dünya Çempionatında 1/8 final oynaya bilmədim. Bu ikisi mənim ən pis anlarımdır.”
Qeyd edək ki, Xames Rodriges Kolumbiya millisinin heyətində 68 oyuna 22 qol vurub.
