Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsindəki çıxışını başa vurub.
Yığmamız son matçında səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzub.
Robert Prosineçkinin komandası tsikli 10 xalla başa vurub ki, bu da yığmamızın tarixində rekord göstəricidir. İlk 3 turdan sonra 7 xalı olan, son 7 matçda isə cəmi 3 xal qazanan millimiz qrupu beşinci pillədə başa vurub.
