İspan mətbuatı “Real” (Madrid) klubunu məlum olmayan səbəbdən tərk edən Xabi Alonsonun Madriddən ayrılmasın araşdırıb.
Korner.az-ın məlumatına görə, Alonsonun Madridi tərk etməsinə səbəb gizli yaşadığı eşq olub. İspaniya mətbuatına inansaq, Xabi Alonso müğənni Lurda Hernandeslə gizli eşq yaşayıb. Onun həyat yoldaşı Naqor Arambunun isə hərşeydən xəbərinin olduğu və Xabiyə: “Ya Madriddə qalacaqsan, ya da burdan gedəcəksən”, – şərtini qoyub. Beləliklə, Alonsonun “Real”ı tərk etməsinə ondan 3 uşağı olan Arambunun səbəb olduğu iddia olunur.
Müğənni Hernandes isə mətbuatda yayılanları yalanlasa da, son albomundaki “Xabier” adlı mahnını, məhz, təcrübəli futbolçuya həsr etdiyi deyilir.
