“Bavariya”nın futbolçusu Xabi Alonso ötən mövsümün sonunda “Real”dan (Madrid) ayrılmasının səbəbini açıqlayıb.
Korner.az-ın məlumatına görə, “FİFA Weekly”yə danışan ispaniyalı futbolçu yeni macəra yaşamaq üçün “Bavariya”ya getdiyini bildirib:
“Ötən mövsüm Çempionlar Liqasının finalında əzəli rəqibimiz “Atletiko”nu məğlub etdikdən sonra fərqli macəra yaşamaq istədim. Bu səbəbdən Avropanın ən yaxşı çempionatlarından və komandalarından birinə gəldim. “Real”la 2016-cı ilə qədər müqaviləm olsa da, getməyimə icazə verdiyi üçün Madrid təmsilçisinin rəhbərliyinə təşəkkür edirəm”
