“Real”ın futbolçusu Xabi Alonsonun “Bavariya”ya keçidi rəsmiləşib.
Korner.az-ın məlumatına görə, “Real” rəsmi saytı vasitəsi ilə futbolçusunun Münhen təmsilçisinə transfer olunduğunu açıqlayıb.
X.Alonsonun “Bavariya” ilə iki illik müqavilə imzaladığı bildirilir.
Qeyd edək ki, 2009-cü ildən “Real”da oynayan X.Alonso indiyə kimi 236 matçda oynayıb.
