Xabi Alonso “Qarabağ”la oyunda çexiyalıya güvənəcək
26.10.2023 , 10:50

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün “Qarabağ”la qarşılaşacaq “Bayer”in baş məşqçisi Xabi Alonso heyətdə bəzi yeniliklər etməyi düşünür.
Korner.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis axşamkı matçda komandanın ikinci qapıçısı Matey Kovarja güvənmək niyyətindədi. Almaniya mətbuatı yazır ki, Bundesliqa matçlarında əsas heyətə düşə bilməyən qolkiperin Ağdam klubu ilə oyunda start heyətində meydana çıxması real görünür.
Çexiyalı qolkiper bundan öncəki 2 qrup matçında da start heyətində meydana çıxmışdı.
