Xabi Alonso istefa iddialarına cavab verdi
26.11.2025 , 16:48
“Real”ın baş məşqçisi Xabi Alonso barəsində yayılan mümkün istefa xəbərlərinə münasibət bildirib.
Korner.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu iddiaların ona təsir etmədiyini deyib:
“İstefa ilə bağlı yayılan şayiələr məni narahat etmir. Mənim üçün əsas məsələ komandanın matçlarda və məşqlərdə sərgilədiyi performansdır. Qalan şeylər önəm daşımır. Hazırkı vəziyyətdən narazıyıq, amma əminəm ki, daha yaxşı nəticələr əldə edəcəyik”.
Xatırladaq ki, son günlər Alonso haqqında “Real”dan ayrılıb “Liverpul”a keçə biləcəyi ilə bağlı xəbərlər gündəmə gəlmişdi. O, Madrid klubuna bu yay baş məşqçi kimi qoşulub.