Xabi Alonso “Bayer”də qalır
23.05.2023 , 12:58

“Bayer”in baş məşqçisi Xabi Alonso növbəti mövsümdə komandanı çalışdıracaq.
Korner.az xəbər verir ki, bununla bağlı klub rəsmisi açıqlamasında deyib.
Baş məşqçinin növbəti mövsüm də komandanı çalışdıracağı, onun klubla müqaviləsi olduğunu vurğulayıb.
İndiyədək “Bayer”də 36 oyun keçirən Xabi Alonsonun hesabında 17 qələbə, 10 heç-heçə və 9 məğlubiyyət var.
