big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Xəzər”də boğulanlar (YAZI)

20.05.2014 , 05:10

Aylar keçir, illər keçir, amma "Xəzər Lənkəran"ın dərdləri, problemləri səngimir. Kimlər keçmədi ki, Lənkərandan? "Real"da uğurlar qazanmış Toşakdan tutmuş, Türkiyənin 3 as baş məşqçisindən biri olan Mustafa Dənizliyədək heç kim baş aça bilmədi bu komandanın dərdindən. Dünyanın dörd-bir tərəfindən gələnlərin kefinə limonu ilə məşhur Lənkəranda soğan doğrandı. "Fırtınalar meydanı" da artıq əvvəlki əzəmətini itirib. Qonaq-qaraya "Qafqazın Çelsi"si" kimi təqdim edib, qürrələndiyimiz komandada  qalmayıb. İldə iki dəfə baş məşqçisi dəyişən komandadan bundan artığını gözləmək də yersizdir. Son iki ildə heç kimə Lənkəranda 6 aydan çox çalışmaq imkan olmadı. Bu mövsüm isə lap qiyamət oldu. Bəlkə də, "Xəzər Lənkəran" dünyada yeganə klubdur ki, bir mövsüm ərzində burada 2 dünyaca ünlü məşqçi çalışdı və heç biri heç nə qazana bilmədi. Con dayının uğursuzluğunu hardasa başa düşmək olardı.  Axı Avropanın qaynar şəhər həyatına öyrəşmiş uelsli üçün Azərbaycanın bölgəsində işləmək ağır idi. 
 
Prinsipcə, Toşak "paslanmış mütəxəssis" idi və buraya sırf pul qazanmaq məqsəd ilə gəldiyi aydın sezilirdi. Dənizlinin gələcəyi isə daha parlaq görünürdü. Axı o, qardaş ölkədən təşrif buyurmuşdu, dilimi, dinimiz, mentalitetimiz eyni idi. Əslində, Mustafa hocanın ilk mövsümdəcə uğur qazana bilməsi, sadəcə, yuxu olardı. Axı heyət "sınıq-salxaq" futbolçulardan qurulmuşdu. "Qış transfer pəncərəsi"ndə isə klub pulları göyə sovur etdiymaqla məşğul oldu. Ən maraqlısı isə bilirsiniz nədir? Səfərdə "Qarabağ"ı "Qəbələ"ni udanda (müvafiq olaraq 0:1 və 2:3) evdə "Simurq"a uduzanda (1:3) eyni heyət və baş məşqçi idi. Hələ mən Oğuz Çətinin başçılığı altında qazanılan nəticələri qeyd etmirəm. Deməli, torbada pişik var.
 
Dənizlinin apreldən bu yana israrla Mübariz Mənsimovla görüşmək istəməsi çox şeydən xəbər verirdi. Hər açıqlamasında "bununla bağlı Mübariz bəylə müzakirəmiz olacaq" – deyən hoca Bakıdakı rəhbərliklə ipləri qopardığını açıq-aşkar büruzə verirdi. Bütün ümidlərini bağladığı Mübariz bəydən də lazımi dəstəyi görməyincə getdi. Daha doğrusu, getmək məcburiyyətində qaldı. Və bu, günlər, həftələr öncəsindən bəlli idi. Sadəcə olaraq, bəhanə axtarılırdı. Mayın əvvəllərində Rednikin ailə dostu Ana Mariya Prodan mətbuatımıza açıqlamasında "Xəzər Lənkəran" rəhbərliyinin Mirça ilə danışıqlar apardığını təsdiqləmişdi. Həmin vaxt isə Dənizli Türkiyədə Mübariz Mənsimovun qəbulunda idi. Onda belə çıxır ki, kimlərsə Mustafa hocanın burada olmamasından istifadə edib, komandanın baş məşqçisi ola-ola yenisi ilə danışıqlar aparırdı. Əslinə qalsa, biz klublarımızın, demək olar, hamısında dünyada analoqu olmayan belə hərəkətləri görmüşük və necə deyərlər, bir növ, adətkar olmuşuq. Mais bəyin dediyinə görə, Mustafa hoca rəhbərlikdən icazəsiz mətbuat konfransı təşkil edib və buna görə rəhbərliyin qəzəbinə tuş gəlib. Halbuki, tədbirdə klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu da iştirak edirdi. İkincisi, baş məşqçinin mətbuat konfransı keçirib jurnalistlərə klubun gələcəyi ilə bağlı açıqlama verməsi nə böyük qəbahət imiş ki, ona görə məşqçi qovulur? Sadəcə olaraq, yuxarıda da qeyd etdiyim kimi, hocanın qovulması üçün bəhanə lazım idi və bəhanə də göydən zənbillə düşdü.
 
Daha bir mövsüm və milyonlar yenə boşuna xərcləndi. Bu cür tendensiya ilə hansısa çalışdırıcının Lənkəranda uğur qazana biləcəyi inandırıcı görünmür. Ən azı ona görə ki, məşqçi futbol adamıdır. Cənub klubunun ətrafında cərəyan edən hadisələrin, atlan addımların futbolla uzaqdan-yaxından əlaqəsi yoxdur. Elə buna görə də heç bir futbol adamı bu oyunlardan baş aça bilməz. Ya gərək rəhbəlriyin sözü ilə oturub-durasan, ya da ki, buyur, qapı oradadır. 
Yeni baş məşqçiyə isə təklifim budur ki, bu misraları oxuyub qərarını versin.
 
Məşqçi rəhbərliyə tən gərək
Tən olmasa, "Xəzər Lənkəran"dan gen gərək.
 
Ürfan Məmmədzadə

Son yazılar

To Top