big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

““Xəzər Lənkəran”la oyunda azarkeş yox idi” – (MÜSAHİBƏ)

21.02.2013 , 06:53

“Turan”ın rusiyalı müdafiəçisi Anatoli Stukalov Qazaxıstan mətbuatına müsahibə verib. 

– Ötən yay Kostanay “Tobol”undan ayrıldıqdan sonra nə işlə məşğul olurduz?
– Kostanaydan Moskvaya uçdum. Əzələmdə problemlə üzləşdiyimdən, sona kimi zədəmdən müalicə olunmağım lazım idi. Çünki özüm hiss etməsəm də, axsayırdım. Mənimlə çalışan və məni sağaldan həkimlərə təşəkkürümü bildirirəm. Müalicəyə baxmayaraq, mütləq futbol oynamaq lazım idi və “Rosiç” klubuna qayıtdım. Orda məni yaxşı qarşıladılar, çünki məhz ordan MOİK-in gənclər komandasına yollanmışdım.

– Niyə potensialını Qazaxıstan Premyer Liqasında açmaq sizə müyəssər olmadı?
– Mən demək olar ki, 1 il oynamadım. Çünki 2011-ci ildə Karaqanda “Şaxtyor”u ilə matçda ciddi zədə almışdım, xaçvarı bağlardan və qasıqdan əməliyyat olunmuşdum. Yan bağlar zədə almışdı. Demək olar 1 ilə Moskvada bərpa olundum.

– “Turan” nümayəndələrindən sizə təklif necə gəldi?
– Yeni ildən sonra “Bakı” klubunun rəsmisi mənə zəng vurdu və məndən özümü Azərbaycanda sınamağı təklif etdi. Razılaşdım və komandayla ilk toplanışımı Türkiyədə keçirdim. Belə zədələrdən sonra mənə daim oynamaq lazım idi, ehtiyat oyunçular skamyasında qalmaq yox. Bu hazırda mənim üçün əsas şərtdir. “Bakı”da çox yaxşı cinah müdafiəçiləri vardı. Toplanışdan sonra klub rəhbərliyi ilə görüş zamanı mənə “Turan”a keçmək məsləhət görüldü… Ora getdikdən bir az sonra müqavilə bağladım və şadam ki, hazırda bu klubun oyunçusu sayılıram.

– Azərbaycandan gələn təklif üzərində çox düşündüz?
– Yox, Azərbaycan haqda eşitmişdim. Bilirdim ki, burda futbol üçün yaxşı şərait, çox yaxşı stadionlar, idman kompleksləri və futbol bazaları var. Bəzilərini artıq öz gözlərimlə görmüşəm.

– “Turan”ın məşqçilər heyətini nə qədər müddətdən sonra komandalarına götürməyə razı sala bildiz?
– Ora getdikdən 1 həftə sonra müqavilə bağladım.

– Tovuz komandası sizinlə yanaşı Ukrayna, Fransa, Gürcüstan, Mali, Xorvatiyadan olan legionerləri yığıb. Ümumi dil hansı gedir? Yerli oyunçularla münasibətlər necədir?
– Özüm Ukraynada, Odessadan o qədər də uzaq olmayan yerdə anadan olmuşam. Anam ukraynalıdır. Ona görə də, özümü yarı ukraynalı hesab edirəm. Bizdə çox mehriban komanda var, hamı bir-birilə dostluq edir və bir-birinə dəstək verir. Demək olar ki, hamı rus dilində danışır, ona görə də bizdə problem və dil baryeri yoxdur.

– “Turan”ın çalışdırıcısı Əfqan Talıbovun peşəkar və insani keyfiyyətləri haqda nə deyə bilərsiz?
– Əla məşqçidir. Sevinirəm ki, belə bir mütəxəssislə çalışıram. Əminəm ki, ondan çox şey öyrənmək və özün üçün qeydlər götürmək olar. İstər məşq, istərsə də adi həyatda bu məşqçi haqda yalnız xoş sözlər söyləyə bilərəm.

– Qazaxıstan və Azərbaycan çempionatları futbol və maliyyə baxımından təxminən bərabər səviyyəli hesab olunur. Bu baxımdan ilkin təəssüratlarınız necədir?
– Azərbaycanda az müddətdir ki, oynayıram – cəmi 1 aydır. Yalnız 3 oyun keçirmişəm. Ancaq buna baxmayaraq, məni bura yaxşı mənada təəccübləndirib. Müqayisə etsək, burdakı kimi Qazaxıstanda belə futbol bazaları görməmişəm. “Xəzər Lənkəran” və “Bakı”nın əla kompleksləri var… “Qəbələ”nin çox gözəl şəraitinin olduğu deyilir, ancaq hələ özüm oranı görməmişəm. Burda futbola çoxlu pul yatırılır. Futbol səviyyəsinə gəlincə, təxminən hər şey eynidir.

– Azərbaycanda bizim futbola oxşar oynayırlar? Hansı bənzərlik, hansı fərqliliklər var?
– Düzünü desəm, müqayisə etmək çox çətindir. Fikrimcə, hər şey oxşardır. Hər hansı bir ciddi fərq görmədim.

– Yaxınlarda “Turan”a Qazaxıstan klublarında uzun müddət oynamış ukraynalı müdafiəçi Aleksandr Krutskeviç keçdi. Onunla Qazaxıstan futbolu mövzusunda danışırsız?
– Hə, Saşa Qazaxıstandan çox oyunçunu tanıyır. Yermek Nurqaliyev kimi ümumi tanışlarımız var. Onlar “Okjetpes”də birgə çıxış edib. Futbol dünyası çox dardır.

– “Turan”ın çempionatın ilk mərhələsində ilk “altılığ”a düşmək şansları qalıb? Komanda buna nail olmazsa, klub rəhbərliyi təşkilati yöndə çıxarışlar edə bilər?
– Şansımız artıq yoxdur, ancaq ikinci “altılıq”da öz yerimizi möhkəmlətməyimiz lazımdır. Kollektivdə çoxlu yeni oyunçu var, çox futbolçu isə komandadan gedib. Ona görə də komandadan nəsə ciddi bir şey tələb etmək yəqin ki, çox erkəndir. Bir-birimizi tanımaq üçün vaxt və oynamaq lazımdır.

– “Turan” ev oyunlarını Bakıda keçirir. Nəyə görə? Komandanın nəticələrinə görə belə edildiyi deyilir. Nə qədər azarkeş sizin komandanın ev oyunlarına toplaşır?
– Hər şey Tovuzda süni meydançanın tikintisinin planlaşdırılması ilə əlaqədardır. Bakıda da süni qazonda oynayırıq. Deyirlər ki, komanda rəqiblərini doğma şəhərdə qəbul edərkən stadion tam dolur. Tovuzda futbolu çox sevirlər, amma Bakıda belə deyil. Demək olar ki, “Rəvan”, “Bakı” və “Xəzər Lənkəran”la oyunlarda tovuzlu azarkeş yox idi.

– Yeni ölkədəki məişət həyatınızda hər hansı bir narahatlıq keçirmirsiz? Sizin Tovuz haqdakı təəssüratlarınız necədir?
– Tovuz kiçik bir şəhərdir. Burda yalnız şəxsi evlər var, orda bir dənə də hündür bina görməmişəm. Məişət planında hər hansı bir problemim yoxdur. Meydança var, yaşamaq üçün otaq var, qidalanmaq yaxşıdır. Futbol üçün daha nə lazımdır?

– “Turan”ın infrastrukturu nə dərəcədə inkişaf edib? Kostanay ilə onu müqayisə edə bilərsiz?
– Əlbəttə, Kostanayda hər şey ardıcıllıqla inkişaf edib. “Turan” varlı komanda deyil. Ancaq klub prezidenti və onun müavini əlindən gələni edir ki, “Turan” inkişaf etsin və daha yaxşı durumda olsun.

Son yazılar

To Top