big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Xəzər Lənkəran”la oyun mənim üçün əlamətdar idi” – (MÜSAHİBƏ)

26.03.2013 , 11:21

"İnter"in rəsmi saytında yer alan “Forvard” elektron jurnalının müsahibi gənc və perspektivli futbolçu Fuad Bayramovdur. Hazırda “bankirlər”in əsas heyətində oynayan Fuadın müsahibəsini təqdim edirik.
 
– Öncə futbola gəlməyin barədə məlumat verərdin.
 – 11 yaşımdan futbolla məşğul oluram. İlk məşqlərə Bərdə rayonunda başlamışam. Sonra “İnter” klubuna baxışa gəldim və 15 yaşlılardan ibarət komandaya qəbul edildim.
 
– İlk məşqçin kim olub və həmin çalışdırıcının sənin sonrakı karyeranda rolu nədən ibarət olub?
 – Şakir müəllim olub. 4 il onun məşq etmişəm. “İnter”də isə Xəyyam Bəkirovun rəhbərliyi ilə məşq etməyə başlamışam. Hər ikisinin də karyeramda boyük rolu olub.
 
– 11 yaşında futbola gələndə heç düşünmüşdün ki, gələcəkdə peşəkar futbolçu olacaqsan?
 – Etiraf edim ki, “İnter” klubunu hələ uşaq vaxtlarımdan çox bəyənirdim. İndi sevdiyim komandada oynayıram. Amma əsas komandada oynayacağımı ağlıma gətirməmişdim. Şükür, indi əsas heyətdə oynamaq imkanını əldə etmişəm.
 
– “İnter”ə olan xüsusi münasibətin nə ilə bağlı idi?
 – Bərdənin komandasında çıxış edərkən  keçirilən turnirlərin birində “İnter” komandası çempion oldu. “İnter” komandası çox yaxşı oyun nümayiş etdirdi. O zaman həmin komandadan çox xoşum gəldi və o vaxtdan məndə “İnter”ə qarşı xüsusi maraq oyandı.
 
– Bərdədən Bakıya gələndə müəyyən çətinliklərin oldu?
 – Ailəm Bərdədə qalır, buna görə də Bakıda iki il qohum evində qaldım.
 
– Amma bu mövsüm vəziyyət sənin üçün yaxşılığa doğru dəyişdi və artıq “İnter”in əsas komandasında çıxış edirdən. Sirr deyilsə, bu uğurun nə ilə bağlıdı?
 – Məşqlər və ən çoxda nizam-intizam sayəsində əsas heyətə cəlb olundum. Mən hesab edirəm ki, yaxşı oynamaqla yanaşı, nizam-intizama da yüksək diqqət ayırmaq lazımdı.
 
– “İnter”in heyətində “Xəzər-Lənkəran”la qarşılaşmada ilk dəfə meydançaya çıxmısan. Həmin oyunu necə xatırlayırsan?
 – İlk oyunum idi və birinci oyundan çox şey asılı idi. Şükür, həmin matç yaxşı keçdi və yavaş-yavaş oymağa başladım. Mənə şans verdiyinə görə baş məşqçiyə minnətdarlığımı bildirmək istəyirəm və mənə göstərilən etimadı həmişə doğrultmağa çalışacağam.
 
– Kaxaber Sxadadze ölkəmizdə çalışan ən yaxşı mütəxəssislərdən biri hesab edilir. Onun rəhbərliyi ilə oynamaq necədi?
 – Təcrübəli məşqçinin rəhbərliyi ilə işləmək həmişə məsuliyyət və diqqət tələb edir. Oyunlarda və məşqlərdə onun tapşırıqlarını maksimum dərəcədə yerinə yetirməyə çalışıram. Kaxaber Sxadadze peşəkar məşqçidi, həm də yaxşı da insandı. Mənim futbolçu kimi formalaşmağıma çox kömək edir.
 
– “İnter”in heyətində keçirdiyim oyunlardan ən yadda qalanı hansıdı?
 – Ən yadda qalan oyun kimi “Xəzər-Lənkəran”la səfərdə baş tutmuş qarşılaşmanı qeyd edə bilərəm.
 
– Nəyə görə məhz bu oyun?
 – Ona görə ki, çox vacib matç idi. Gözəl qollar vuruldu, çətin və maraqlı qarşılaşma oldu.
 
– Yeri gəlmişkən, Azərbaycanının müxtəlif yaş kateqoriyaları üzrə yığma komandalarda çıxış etmisən. Bu barədə məlumat varməyini xahiş edirik.
 – U-17 və U-19 komandalarında çıxış etmişəm. Hazırda U-21 komandasına dəvət alıram.
 
– U-21 komandasına artıq ikinci dəfədi dəvət alırsan. Komandaya alışa bilmisən?
 – Burada yaxşı kollektiv var, artıq komandaya uyğunlaşmışam.
 
– Sən dayaq müdafiə mövqeyində çıxış edirsən. Maraqlıdı, nəyə görə məhz bu ampluanı seçdin?
 – Məşqçilər bu mövqedə daha yaxşı oynayacağımı bildirdilər. Mən də mövqeyimdə yaxşı oynamağa çalışıram.
 
– Hansı futbolçudan xoşun gəlir və hansı xarici kluba azarkeşlik edirsən?
 – İngiltərə çempionatından xoşum gəlir. Oyunçulardan isə Xabi Alonsonu bəyənirəm.
 
– “İnter” bu mövsüm də yüksək yerlər uğrunda mübarizə aparır. Komandanın şansını necə qiymətləndirirsən?
 – Komandamız çempionluq uğrunda mübarizə aparır. İnşallah, cari mövsüm yaxşı oynayıb, məqsədimizə çatarıq. Buna mən inanıram. Təbii ki, güclü olan komanda çempion olacaq, mən də istəyirəm ki, həmin komanda “İnter” olsun!

Son yazılar

To Top